AMEA Zoologiya İnstitutunda İnvaziv ziyanvericiyə həsr olunmuş seminar keçiriləcək


A- A A+

21 dekabr 2017-ci il saat 11.00-da AMEA Zoologiya İnstitutunun kitabxanasında dünyanın bir çox ölkələrində (Kanada, İtaliya, İsveçrə, Gürcüstan, Rusiya, Çin və s.)  findıqçılıq təsərrüfatlarına, o cümlədən müxtəlif  kənd təsərrüfatı sahələrinə çox böyük ziyan vuran mərmər taxtabitiyə (Halyomorpha halys Stal.) həsr olunmuş seminar keçiriləcək. Seminarda mərmər taxtabitinin ziyanvericilik xüsusiyyəti və müxtəlif ölkələrdə ona qarşı tətbiq olunan mübarizə tədbirləri haqqında məlumat veriləcək.

 

: 117


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.